EN

Su bulandıranlara mesaj: Daxili işimizə qarışmayın”

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında bildirib ki, həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər.

Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycan liderinin İrəvandakı toplantıya videoformatda qoşulması və çox dəyərli fikirlər səsləndirməsi müsbət qarşılanmalıdır:

"Prezidentimiz dəfələrlə bəyan edib ki, biz müharibədə qalib gəldik, ərazilərimizi işğalçılardan təmizlədik, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik və artıq o səhifə, o vərəq qatlanıb. İndi biz bölgədə sülh yaratmaqla məşğuluq. Bölgədə sülh şəraitində yaşamağı öyrənmək lazımdır. Prezident qonşu dövlətlərə də çağırış edir. Dövlət başçısının apardığı uzaqgörən, sülhsevər, humanist və müdrik siyasət bunu əməldə də sübut edir.

Artıq xeyli müddətdir ki, hamımıza məlumdur: Azərbaycan ərazisindən, dünyanın müxtəlif ölkələrindən — Rusiya Federasiyasından, Orta Asiyadan — Azərbaycan vasitəsilə tranzit yüklər Ermənistana daşınır. Eyni zamanda Azərbaycan öz neft məhsullarını da Ermənistana göndərir. Bu artıq əməkdaşlığın başlanğıcıdır və sülhün möhkəmləndirilməsi məqsədi güdür. Gözləyirik ki, bu münasibətlər qarşılıqlı olsun". 

Millət vəkilinin sözlərinə görə, dövlət başçısının çıxışı və çıxışda səsləndirdiyi sülhsevər, humanist fikirlər su bulandıranlara, ara qarışdıranlara bir növ mesaj idi ki, siz bizim daxili işimizə qarışmayın:

"Biz öz aramızda sülh yaratmağı, sülh şəraitində yaşamağı öyrənirik, başlamışıq və bunu davam etdirəcəyik. Ermənistanın bugünkü hakimiyyətdə olan komandası da bu istiqamətdə müəyyən işlər görür.

Çox təəssüf ki, Ermənistan ərazisində və Qarabağdan olan bir dəstə cinayətkarı həm maliyyə, həm siyasi, həm də mənəvi cəhətdən dəstəkləyən müəyyən xarici qüvvələr var. Köçəryan-Sarkisyan dəstəsini, onların xaricdəki havadarlarını, Karapetyan dəstəsini və onların xaricdəki havadarlarını nəzərdə tuturam. Ancaq artıq elə bir deyim var: qatar gedib. Cənab prezidentimizin dediyi kimi, bu vərəq bağlanıb, bu səhifə bağlanıb. İndi sülhdən danışırıq, sülh yaratmaqla məşğuluq və prezidentin bütün çağırışları, səsləndirdiyi fikirlər də bu istiqamətdədir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
1
redaktor.az

2Sources