EN

Bəzi şəxslərin təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq


Mayın 5-də “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilib.
Yeniavaz.com
xəbər verir ki, yeni dəyişikliyə əsasən,  Azərbaycan Respublikasının dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan və minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Chosen
1
6
yeniavaz.com

10Sources