EN

İstanbulda bərədə itkin düşən azərbaycanlı qadının meyiti tapılıb

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbulda Kadıköy–Beşiktaş marşrutu üzrə hərəkət edən sərnişin bərəsində itkin düşən Azərbaycan vətəndaşı Məxfurə Hüseynovanın meyiti tapılıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, 44 yaşlı qadın mayın 2-si axşam Kadıköydə bərəyə minib.

Lakin Beşiktaşda düşdüyünə dair görüntü aşkar edilməyib. Onun çantası bərədə tapılıb.

Aidiyyəti qurumlar qadının tapılması üçün dənizdə axtarış əməliyyatı aparıb.

Axtarışlar nəticəsində Məxfurə Hüseynovanın cəsədi Haydarpaşa sahilləri yaxınlığında aşkar olunub. Meyit ekspertiza üçün tibbi ekspertizaya göndərilib. Hadisə ilə bağlı araşdırma davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
11
apa.az

10Sources