
Azərbaycanda məşhur şadlıq evləri saxta kürü satırmış.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən saxta kürü məhsullarının dövriyyəsi ilə bağlı monitorinq keçirilib. Yoxlamalar çərçivəsində 10 ərzaq bazarı, 8 ticarət obyekti, 14 idxalçı anbarı və 61 ictimai iaşə müəssisəsinə baxış keçirilib.
Yoxlamalar zamanı "Keşlə Bazarı", "Özbək Bazarı", "Sahil Bazarı" və "Yaşıl Bazar"da nöqsanlar aşkar edilib. Bu obyektlərdə etiketsiz, müşayiətedici sənədləri olmayan, yararlılıq müddəti bitmiş məhsulların, həmçinin "Keşlə Bazarı"nda təbii farel kürüsü adı ilə süni kürü satıldığı, "Özbək Bazarı"nda isə süni kürülərin etiketsiz qablaşdırmada satışa çıxarıldığı müəyyən edilib.
Bundan əlavə, 2 ticarət obyektində də ("Balique 2023 LTD" MMC və "Natural Fish") pozuntular - etiketsiz, müşayiətedici sənədləri olmayan və yararlılıq müddəti bitmiş məhsullar aşkarlanıb. Götürülən nümunələrin müayinəsi nəticəsində 1 kürü məhsulunda ("Natural Fish") bakteriya (Listeria monocytogenes) aşkar edilib.
Yoxlamalar zamanı 1 idxalçının anbarında ("Food Fish" MMC) məhsulların laborator nəticələri və sağlamlıq aktı olmadan satışa çıxarıldığı müəyyən edilib. Həmçinin süni kürü istehsalı ilə məşğul olan obyektlərdən 1-nin qeydiyyatsız fəaliyyət göstərdiyi məlum olub.
Ümumilikdə 15.325 kq qırmızı kürü və 800 qr qara kürünün etiketsiz olduğu və müşayiətedici sənədlərinin olmadığı, 678 qr qırmızı və 1.243 kq qara kürünün isə yararlılıq müddətinin bitdiyi aşkarlanıb.
Sınaq nəticəsi uyğunsuz olan və yararlılıq müddəti bitmiş bütün məhsullar satışdan çıxarılıb və məhv edilib. Nəzarət tədbirləri davam etdirilir.
Qeyd edək ki, Agentlik tərəfindən həm süni, həm də təbii kürü məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılır və norma daxilindədır. Lakin, təbii kürü adı ilə süni kürü məhsullarının satışa təqdim edilməsi istehlakçının aldadılmasıdır və bu hal inzibati məsuliyyət yaradır.
Monitorinq keçirilən ictimai iaşə obyektləri və şadlıq evlərinin siyahısı aşağıdakı kimidir:
| № | Subyektin adı | Obyektin faktiki fəaliyyət ünvanı | Fəaliyyət sahəsi | Obyektin adı | İstifadə edilən kürünün növü | Təbii/Süni |
| 1 | "EL-E" MMC | Bakı şəhəri, Nizami rayonu, 2559-cu məhəllə, M.Gəncəvi küçəsi 17 | şadlıq evi | "Platin" şadlıq evi | kürü verilmir | |
| 2 | "Turan-Tay" kiçik müəssisəsi | Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 181 | şadlıq evi | "Ağ Çiçəyim" şadlıq evi | qırmızı kürü | süni |
| 3 | "Sədərək" firması | Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi | şadlıq evi | "Sapfir" şadlıq evi | qırmızı kürü, qara kürü | təbii |
| 4 | Hüseynov Elçin Əlipənah oğlu | Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi 18A | şadlıq evi | "Niel" şadlıq sarayı | qırmızı kürü, qara kürü | təbii |
| 5 | Qubadov Elçin Arif oğlu | Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 113T, məhəllə 2935V | şadlıq evi | "Kremlin" şadlıq evi | qırmızı kürü | təbii |
| 6 | Aslanlı Raul Samir oğlu | Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 113T, məhəllə 2935V | şadlıq evi | "Piano" şadlıq evi | qırmızı kürü, qara kürü | süni |
| 7 | "Su Sonası" MMC | Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 60 | şadlıq evi | "Su Sonası" şadlıq evi | qırmızı kürü, qara kürü | təbii |
| 8 | Fətiyev Ələkbər Tağı oğlu | Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 12 | şadlıq evi | "Sofiya" şadlıq evi | qırmızı kürü, qara kürü | süni |
| 9 | İsmayılova Səbinə Zahid qızı | Bakı şəhəri, Sabunçu rayonu, Ş.Kamilov küçəsi 3E | şadlıq evi | "Səbinə" şadlıq evi | qırmızı kürü, qara kürü | süni |
| 10 | "TURAL-7" firması | Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2315, məhəllə 64P | şadlıq evi | "Great Events Hall" | kürü verilmir | |
| 11 | "ELLADA-S" MMC | Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyatov küçəsi 10T | şadlıq evi | "Ellada" şadlıq evi | kürü verilmir | |
| 12 | Həsənxanov Nurlan Hacı oğlu | Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsi | şadlıq evi | "Nur saray" şadlıq evi | kürü verilmir | |
| 13 | Süleymanov Yaşar Paşa oğlu | Bakı şəhəri, Xəzər rayonu, Ə.Vahid küçəsi 28B | şadlıq evi | "Lüks Plaza" şadlıq evi | qırmızı kürü, qara kürü | süni |
| 14 | Kazımov Rəşad Sanel oğlu | Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 21 | şadlıq evi | "Nəqqaş" şadlıq evi | kürü verilmir | |
| 15 | Əhmədov Şükür Batum oğlu | Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 141 | şadlıq evi | "Diva Plaza" şadlıq sarayı | qırmızı kürü | süni |
| 16 | Allahyarov Natiq Nurəli oğlu | Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 7-ci mkr | şadlıq evi | "Sinfoniya Hall" şadlıq evi | qırmızı kürü | təbii |
| 17 | Hüseynov Bəybala Qaraş oğlu | Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi, döngə 20 | şadlıq evi | "Everest" şadlıq evi | qırmızı kürü, qara kürü | süni |
| 18 | Dursunəliyev Səfa Dursunəli oğlu | Bakı şəhəri, Xəzər rayonu, M.Sübhi küçəsi 2 | şadlıq evi | "Xəzər" şadlıq evi | kürü verilmir | |
| 19 | Hətəmov İlqar Bəhram oğlu | Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 1 | şadlıq evi | "Sarı Gəlin" şadlıq sarayı | qırmızı kürü, qara kürü | süni |
| 20 | Rəhimov Vahid Musa oğlu | Bakı şəhəri, Nizami rayonu, məhəllə 2505, B.Çobanzadə küçəsi 8 | şadlıq evi | "Xarı Bülbül" şadlıq evi | qırmızı kürü, qara kürü | süni |
| 21 | Əliyev Səxavət Məşi oğlu | Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 56F | şadlıq evi | "Sahil" şadlıq sarayı | kürü verilmir | |
| 22 | "Elux" MMC | Bakı şəhəri Nizami rayonu, M.Əliyev küçəsi, 2403-cü məhəllə | şadlıq evi | "Elux" şadlıq evi | qırmızı kürü, qara kürü | təbii |
| 23 | Abbasova Fidan Fəxrəddin qızı | Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 13C | şadlıq evi | "Delux Events Hall" şadlıq sarayı | qırmızı kürü | süni |
| 24 | Əsgərov Talıb Razadə oğlu | Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi | şadlıq evi | "Ayxan" şadlıq evi | qırmızı kürü | süni |
| 25 | Əliyev Rəman İlqar oğlu | Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2405-ci məhəllə | şadlıq evi | "Romance Palace" şadlıq evi | qırmızı kürü | təbii |
| 26 | Qəhrəmanova Natafat Nağı qızı | Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 36 | şadlıq evi | "Mələk" şadlıq evi | qırmızı kürü, qara kürü | süni |
| 27 | İsmayılov İlkin Hamlet oğlu | Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31D | şadlıq evi | "Luxury Hall" şadlıq evi | qırmızı kürü | süni |
| 28 | Qəribov Qüdrət Elsevər oğlu | Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A | şadlıq evi | "Mala Praga" şadlıq evi | kürü verilmir | |
| 29 | İskəndərov Yaşar Aydın oğlu | Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, məhəllə 3067 | şadlıq evi | "Yeni Həyat" şadlıq evi | kürü verilmir | |
| 30 | "Böyük Saray" MMC | Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi 17G | şadlıq evi | "Böyük Saray" şadlıq sarayı | kürü verilmir | |
| 31 | "Prant-Nt" MMC | Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 30K | şadlıq evi | "Ağ Saray" şadlıq evi | kürü verilmir | |
| 32 | "Xudafərin - 54" firması | Bakı şəhəri, Xətai rayonu, Birinci Əhmədli küçəsi, ev 25 | şadlıq evi | "Xudafərin" şadlıq sarayı | kürü verilmir | |
| 33 | Əliyeva Fəridə Ələsgər qızı | Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi | şadlıq evi | "Xan Sarayı" şadlıq evi | qırmızı kürü, qara kürü | süni |
| 34 | "Rezerv" Kooperativi | Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ yolu | şadlıq evi | "Star Palace" şadlıq evi | kürü verilmir | |
| 35 | Xəlilov Soltan Xeyrulla oğlu | Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsi 51 | şadlıq evi | "Nərminə" şadlıq evi | kürü verilmir | |
| 36 | "Sea Breeze Catering" MMC | Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolu | şadlıq evi | "Event Hall" şadlıq sarayı | qırmızı kürü, qara kürü | təbii |
| 37 | "Ay İşığı-R" MMC | Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, 2405-ci məhəllə | şadlıq evi | "Ay İşığı" şadlıq evi | qırmızı kürü | təbii |
| 38 | Qasımov Aslan Qasım oğlu | Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsi 9F | şadlıq evi | "Dəniz Palace" şadlıq evi | kürü verilmir | |
| 39 | Sərdarov Adilxan Nəbi oğlu | Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, 2347-ci məhəllə | şadlıq evi | "İmperator" şadlıq sarayı | qırmızı kürü, qara kürü | süni |
| 40 | Səmədov Rəfail Bahyəddin oğlu | Bakı şəhəri | şadlıq evi | "Meridian Palazzo" şadlıq evi | qırmızı kürü | təbii |
| 41 | Kazımov Cəsur Nurəddin oğlu | Bakı şəhəri | şadlıq evi | "Niaqara" şadlıq evi | kürü verilmir | |
| 42 | Əsədov Təşkilat Rəhim oğlu | Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi 8B | şadlıq evi | "Cratos Hall" şadlıq evi | qara kürü | təbii |
| 43 | İbadullayev Xəyal Fəxrəddin oğlu | Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, 2403/04 məhəllə | şadlıq evi | "Xəmsə" şadlıq evi | kürü verilmir | |
| 44 | Əhmədov Əhmədağa Hümbət oğlu | Bakı şəhəri, Qaradağ rayonu, E.Quliyev küçəsi 42C | şadlıq evi | "Kristal Palace" şadlıq evi | kürü verilmir | |
| 45 | "Xəzər-XXI Əsr" MMC | Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2075-ci məhəllə | şadlıq evi | "Vavilon Hall" şadlıq sarayı | kürü verilmir | |
| 46 | Bayramov Vüqar Əli oğlu | Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 9, 2404-cü məhəllə | şadlıq evi | "Neolit" şadlıq evi | qırmızı kürü | təbii |
| 47 | Əzizova Arzu Zülfüqar qızı | Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 51 | şadlıq evi | "Təbrik" şadlıq evi | kürü verilmir | |
| 48 | Əliyev Azər Rəcəbəli oğlu | Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 15 | şadlıq evi | "Mübarək" şadlıq evi | kürü verilmir | |
| 49 | Binanda Nərminə Yadulla qızı | Bakı şəhəri, Nizami rayonu, 2403-cü məhəllə, M.Əliyev küçəsi 23B | şadlıq evi | "Su Səsi" şadlıq evi | kürü verilmir | |
| 50 | Mirzəyev Eltun Ceyhun oğlu | Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 338A | şadlıq evi | "Qızıl Saray" şadlıq evi | kürü verilmir | |
| 51 | Mustafayev İlkin Fəxrəddin oğlu | Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi 9 | şadlıq evi | "Altun Saray" şadlıq evi | kürü verilmir | |
| 52 | Məmmədov Əliağa Fərhad oğlu | Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 332 | şadlıq evi | "Grand Opera" şadlıq evi | kürü verilmir | |
| 53 | Ələkbərov Hüseyn Qafar oğlu | Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 332 | şadlıq evi | "Golden Ring" şadlıq evi | kürü verilmir | |
| 54 | Şirinov Orxan Zamməddin oğlu | Bakı şəhəri, Sabunçu rayonu, Milli Ordu küçəsi, ev 40 | şadlıq evi | "Mira Hall" şadlıq evi | kürü verilmir | |
| 55 | Cəlilov Bəhram Bayram oğlu | Bakı şəhəri,Sabunçu rayonu, Ü.Rəcəb küçəsi, ev 24 | şadlıq evi | "Firuzə" şadlıq evi | kürü verilmir | |
| 56 | Əliyev Pərviz Hikmət oğlu | Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov və M.Hadi küçələrinin kəsişməsi | ictimai iaşə obyekti | "Sushi Home by Fereh" | kürü verilir | süni |
| 57 | Qədiyev Anar Elşad oğlu | Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 376 | ictimai iaşə obyekti | "Yakudza Sushi" | kürü verilir | süni |
| 58 | İrzayev Musa Yalçın oğlu | Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 22B | ictimai iaşə obyekti | "Samuray Sushi" | kürü verilir | süni |
| 59 | Həmidov Rza Heydər oğlu | Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küçəsi, ev 81, mənzil 98 | ictimai iaşə obyekti | "Mister Sushi" | kürü verilir | süni |
| 60 | Məmmədova Rəqsanə Tahir qızı | Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi, 972-ci məhəllə, 2-ci blok | ictimai iaşə obyekti | "Yakudza Sushi" | kürü verilir | süni |
| 61 | Tağıyev Rəşad Tofiq oğlu | Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 613-cü məhəllə, ev 185b | ictimai iaşə obyekti | "Mooshu Sushi" | kürü verilir | süni |