EN

Azərbaycan Texnologiya Universiteti: “Universitet ərazisində ağacların kəsilməsi ilə bağlı iddialar əsassızdır”

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Gəncədə tələbələr ağac kəsimindən narazılıq ediblər.

Bizimyol.info xəbər verir ki, Texnologiya Universitetinin bəzi tələbələri ağacların kəsilməsinə etiraz ediblər. Deyirlər ki, rektor Yaşar Ömərov universitetdəki yaşıllıqları məhv etdirir. Ümumilikdə 4 ağacın kəsildiyi qeydə alınıb. Tələbələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin susqunluğunda da etiraz edirlər.

Bu məsələdən xəbəriniz varmı?Nə baş verir? Ağaclar hansı səbəbdən kəsilə bilər?

Yaranan suallarla bağlı Gəncə şəhəri Texnologiya Universitetinə sorğu ünvanladıq. Universitetdən Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, 04.05.2026-cı il tarixində MeydanTV platformasında Azərbaycan Texnologiya Universiteti ilə bağlı yayımlanmış videosüjetdə səsləndirilən məlumatlar həqiqəti əks etdirmir və məsələ kontekstdən çıxarılmış şəkildə təqdim olunmuşdur: “Qeyd olunan ərazidə ağacların kəsilməsi ilə bağlı iddialar əsassızdır. Universitetin ərazisində qış mövsümünün sonunda – cari ilin fevral ayının əvvəlində aqrotexniki qulluq tədbirləri çərçivəsində yalnız meyvə ağaclarının mövsümi budanması həyata keçirilmişdir”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
icma.az

1Sources