EN

İsa Məsih” İranda yaxalandı

İranda özünü “İsa Məsih” kimi təqdim edən dini təriqətin lideri saxlanılıb. Bu barədə “Fars” xəbər agentliyi yerli prokurorluğa istinadən məlumat verir. “Yəzddə yalançı Məsih saxlanılıb”, – agentlik bildirib.

Kişi əvvəlcə “ilahi seçilmiş” olduğunu iddia edib, sonra isə özünü “İsa Məsih” adlandıraraq tanrı olduğunu iddia etməyə başlayıb. O, təriqətə rəhbərlik edib və ardıcılları arasında xurafatçı inancları təbliğ edib, onları öz mənfəəti üçün istifadə edib.

İran hakimiyyəti həmçinin təriqət üzvlərinin Quranı yandırmaqda və müqəddəs yerləri təhqir etməkdə iştirak etdiklərini iddia edir. Onlar həmçinin “İsrailin qələbəsi üçün dua ediblər”.

//Samir Qurbanov,Editor.az

Chosen
24
editor.az

1Sources