EN

Sumqayıtda avtomobil yolu çökdü - SƏBƏB


Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 600 mm diametrli kanalizasiya xəttində çökmə baş verib.
Gender.az "Report"a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti asfalt yolda oyuq yaranmasının səbəbinə aydınlıq gətirərkən məlumat verib.
Bildirilib ki, hazırda müvafiq qurumlar tərəfindən ərazidə təhlükəsizlik tədbirləri həyata keçirilir, hadisə yerinə giriş-çıxış nəzarətə götürülüb. Yaranmış problemin aradan qaldırılması məqsədilə sabahdan etibarən təmir-bərpa işlərinə başlanılacaq. İşlərin qısa müddətdə yekunlaşdırılması üçün bütün zəruri tədbirlər görüləcək.

Chosen
2
6
gender.az

10Sources