EN

Bakıda keçiriləcək Avropa Badminton Yarışlarının təşkili müzakirə edildi

Noyabrın 18-dən 22-dək Bakıda keçiriləcək Avropa Badminton Yarışlarına hazırlıq məqsədilə Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov və Azərbaycan Badminton Federasiyasının (ABF) prezidenti Taleh Ziyadov arasında görüş keçirilib.

Fanat.Az xəbər verir ki, bu barədə AFB-nin mətbuat xidməti məlumat yayıb.

Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri, turnirin yüksək səviyyədə təşkili və digər təşkilati məsələlər müzakirə olunub.

Chosen
5
5
fanat.az

7Sources