EN

Balinalar niyə yatmır?

Balinalar və delfinlər digər məməlilərdən fərqli olaraq suda tam şəkildə yatmırlar. 

News365.az xəbər ver ki, onlar əsasən iki formada mürgüləyirlər: ya suda dik vəziyyətdə qalaraq, ya da çox yavaş üzərək.

Bu hal tam yuxu deyil, “yarı-yuxu” kimi qiymətləndirilir.

Gənc balina və delfinlər ilk dövrlərdə analarının yanında üzərək dincəlirlər. Daha sonra növbəli sistem yaranır: balalar dincələndə analar hərəkətdə olur, analar dincələndə isə balalar üzməyə davam edir. Xüsusilə yeni doğulan balalar üçün ilk həftələrdə analar demək olar ki, fasiləsiz hərəkət edir ki, balalar təhlükəsiz qalsın və axıntı onları uzağa aparmasın.


Afalin delfinlərində isə daha maraqlı xüsusiyyət müşahidə olunur. Onlar yatarkən beynin yalnız bir yarısını “söndürür”, digər yarısı isə aşağı səviyyədə aktiv qalır. Bu mexanizm delfinlərin həm nəfəs almağı davam etdirməsinə, həm də mümkün təhlükələrə qarşı daim ayıq qalmasına şərait yaradır.


Chosen
43
news365.az

1Sources