EN

Azərbaycanın gənc cüdoçuları İstanbulda təlim-məşq toplanışına qatılıblar

Gənc cüdoçulardan ibarət Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan hazırlıq prosesinə ümumilikdə 45 idmançı (33 oğlan, 12 qız) cəlb olunub.

Komandaya gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edirlər.

Qarşıdakı yarışlara hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışının sabah başa çatacağı bildirilib.

Chosen
3
1
90deqiqe.az

4Sources