Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İstanbulda Kadıköy-Beşiktaş marşrutu üzrə hərəkət edən sərnişin vapurunda müəmmalı şəkildə yoxa çıxan Azərbaycan vətəndaşı Məhfura Hüseynovanın meyiti tapılıb.Hadisə mayın 2-si axşam saatlarında qeydə alınıb. Gəmi göyərtəsində sərnişinə məxsus çantanın sahibsiz qaldığını görən işçilər dərhal polisə məlumat veriblər. Araşdırmalar zamanı çantanın 44 yaşlı Məhfura Hüseynovaya məxsus olduğu müəyyənləşib.Təhlükəsizlik kameralarının araşdırılması nəticəsində qadının saat 20.20 radələrində Kadıköy sahilində vapura mindiyi təsdiqlənib. Lakin Beşiktaş limanında enən sərnişinlər arasında onun olmadığı üzə çıxıb. Gəmidəki kameraların texniki nasazlıq səbəbindən işləmədiyi bildirilib.Sahil Mühafizə Xidməti və dəniz polisi tərəfindən başladılan genişmiqyaslı axtarış işləri nəticəsində Məhfura Hüseynovanın cansız bədəni Heydərpaşa limanı yaxınlığında aşkarlanıb. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin bədbəxt hadisə və ya intihar olması istintaqın sonunda bəlli olacaq.

İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.