EN

Stəkanın yuyulduqdan sonra tam qurudulmadan şkafa yerləşdirilməsi sağlamlığa necə təsir edir? Video

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mətbəxdə ən çox rast gəlinən vərdişlərdən biri stəkanları yuyulduqdan sonra tərs çevirib şkafa yerləşdirməkdir. Bir çox insan bunu daha gigiyenik hesab edir, digərləri isə bunun zərərli ola biləcəyini düşünür. Əslində məsələ stəkanın hansı istiqamətdə qoyulmasında deyil, onun saxlanma şəraitindədir. Xüsusi olaraq qeyd edək ki, rütubət əsas risk faktorudur.

Əgər stəkan yuyulduqdan sonra tam qurudulmadan tərs vəziyyətdə şkafa yerləşdirilirsə, içəridə qalan rütubət buxarlana bilmir. Havasız mühitdə isə nəm bakteriya və kif göbələklərinin yaranması üçün uyğun şərait yarana bilər. Bu halda, stəkandan xoşagəlməz qoxu gəlir və ya dibində ləkə yaranır.

Ən doğru üsul, stəkanları əvvəlcə açıq havada və ya qurulama rəfində tam qurumağa qoymaq, quruduqdan sonra isə tərs çevrilərək saxlanması daha məqsədəuyğun sayılır. Belə olan halda stəkana toz, həşərat və digər çirkləndirici amillər düşə bilmir.

Qeyd edək ki, bu zaman şkafın vəziyyəti də önəmlidir. Şkaf rütubətlidirsə, şkafda hava dövranı zəifdirsə stəkanların düz və ya tərs qoyulmasından asılı olmayaraq problem yarana bilər. Buna görə də, şkafların vaxtaşırı təmizlənməsi və havalandırılması vacibdir. Çünki taxta səthlərdə uzun müddət qalan nəmlik həm qabların, həm də mebelin zədələnməsinə səbəb ola bilər.

Qısası, stəkanları tərs çevirib yığmaq özlüyündə zərərli deyil. Əsas məsələ, onların tam qurudulması və saxlanma yerinin gigiyenik olmasıdır. Düzgün qaydalara əməl etdikdə isə tərs yığmaq hətta daha təhlükəsiz seçim hesab oluna bilər.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
23
bizimyol.info

10Sources