EN

İtaliya Azərbaycanın Avropada ən böyük iqtisadi tərəfdaşıdır

2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard dollar təşkil edib

İqtisadi gücünə görə dünya ölkələri arasında ilk onluqda ( səkizinci yer) qərarlaşan İtaliyanın ölkəmizlə əməkdaşlığı hər il daha da genişlənir. Bu gün İtaliya Avropada Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Bu ölkənin  Cənubi Qafqaz dövlətləri ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın payına düşür. Azərbaycan xüsusilə enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir.  Məhz Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya bazarına «mavi yanacağ»ın ixrac edilməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərir.

İtaliyanın ölkəmizlə çox geniş ticarət tərəfdaşlığı mövcuddur. Belə ki, 2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, iki ölkənin iqtisadi əməkdaşlığında  energetika sahəsi də önəmli yer tutur.  Belə ki, Azərbaycan İtaliyanın həm neft təchizatı,  həm də qaz təchizatında da ikinci sıradadır.

Ötən il Azərbaycan dünya bazarlarına 25 milyard kubmetr təbii qaz ixrac edib ki, onun 9,5 milyardı kubmetri İtaliya bazarına yönəldilib.  Hazırda ixracın həcminin artırılması istiqamətində müzakirələr aparılır. Ona görə də yaxın gələcəkdə  Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi planlaşdırılır.

Azərbaycanla İtaliya həm də investisiya yatırımlarında böyük anlaşmalara malikdirlər. Bu gün İtaliya bazarı ölkəmiz üçün daha cəlbedicidir. Ona görə də Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırıb. Bundan başqa, İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti də hər il daha da genişlənir. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu ölkəyə məxsus şirkətlər 23 layihə həyata keçirməkdədirlər. Buna ilk nümunələrdən biri olaraq 2020-ci ilin dekabr ayında imzalanmış sənədi göstərmək olar. Belə ki, «Azərenerji» ASC-nin və İtaliyanın «Ansaldo Energia» şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunan 4 ədəd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatı məhz «Ansal jh jvhbdo Energia» şirkətinin üzərinə düşüb.  Hazırda İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdikləri işlərin miqyasına görə Türkiyə şirkətlərindən sonra ikincidir.

Digər önəmli məsələ hər iki ölkə arasında elm və təhsillə bağlı  layihələrin olmasıdır. Belə ki, İtaliya-Azərbaycan Universiteti binasının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 500-dən çox tələbə təhsil alır. Bu, İtaliyanın qabaqcıl təhsil təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin daha da inkişafına kömək edəcəkdir.

Digər bir önəmli məsələ odur ki, Azərbaycanla İtaliyi yalnız iqtisadi tərəfdaş deyillər, həm də ən çətin məqamlarda bir-birlərini dəstəkləyən iki dost ölkələrdir. Belə ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə geniş dəstək nümayiş etdirib.

Bu gün Azərbaycan-İtaliya münasibətləri tarixinin ən yüksək mərhələsinə qədəm qoymaqla Avropa üçün mühüm yeniliklər vəd edir.   Məhz İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin  mayın 4- də ölkəmizə rəsmi səfəri və Prezident İlham Əliyevlə görüşləri də heç şübhəsiz ki, iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifələr açacaqdır.

Elçin Zaman, «İki sahil»

Chosen
7
50
ikisahil.az

10Sources