EN

İran Hörmüzdə gəmilər üçün yeni qaydalar müəyyən etdi

İran hakimiyyəti strateji əhəmiyyətli Hörmüz boğazından keçən gəmilərin hərəkətinə nəzarəti gücləndirmək məqsədilə yeni mexanizm işə salıb.

KONKRET.az İranın dövlət telekanalına (IRIB) istinadən xəbər verir ki, yeni qaydalara əsasən, boğazdan keçmək istəyən bütün gəmilər ilk növbədə İran rəsmilərini məlumatlandırmalıdır.

Bundan sonra gəmilərə bu marşrut üzrə hərəkət qaydalarını əks etdirən rəsmi email göndərilir. Gəmi operatorları bu qaydalarla razılaşdıqlarını təsdiqlədikdən sonra onlara Fars Körfəzi Boğazı Təşkilatı (PGSA) tərəfindən xüsusi tranzit icazəsi verilir.

Qeyd edək ki, bir gün əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) mətbuat xidməti son vaxtlar ticarət gəmilərinin boğazdan keçmədiyini açıqlamışdı.

Xatırladaq ki, hazırda ABŞ İran limanlarına qarşı dəniz blokadası tətbiq edir. Tehran isə yeni sistem vasitəsilə boğazdakı hərəkəti tam nəzarətə götürərək, yalnız “dost” ölkələrin gəmilərinə keçid icazəsi verməklə cavab addımı atır.\\qafqazinfo.az

Chosen
44
konkret.az

1Sources