EN

Rubio İrana məhdudiyyətləri aşmaqda kömək edənləri sanksiyalarla hədələdi

BAKI, 5 may. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi İrana ABŞ məhdudiyyətlərini aşmağa kömək edən istənilən maliyyə və kommersiya qurumlarına ikinci dərəcəli sanksiyalar tətbiq edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio Ağ Evdə keçirilən brifinqində bildirib.

"Maliyyə Nazirliyi hazırda İran rejiminə axan hər bir dolları izləyir və bloklayır. Buna görə də, İrana qarşı sanksiyalardan yayınmağı asanlaşdıran istənilən xarici qurum ikinci dərəcəli sanksiyalara məruz qalacaq və ABŞ maliyyə sisteminə çıxışını itirəcək", - deyə o bildirib.

Rubio onu da qeyd edib ki, İranın hətta dinc nüvə enerjisi üçün belə uran zənginləşdirmə proqramına ehtiyacı yoxdur: “Əgər İran elektrik stansiyaları və bu kimi şeylər üçün mülki nüvə proqramı istəyirsə, dünyada buna sahib olan bir çox ölkə var və onlar zənginləşdirmirlər, zənginləşdirilmiş material idxal edirlər. Onlar İran]hərbi nüvə proqramı istəyirmiş kimi davranırlar. Bu, qəbuledilməzdir. ABŞ İranla zənginləşdirilmiş uranın gələcəyini müzakirə etmək istəyir”.

Chosen
3
50
teleqraf.com

10Sources