Sabah Bakının Nizami rayonunda elektrik şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar bəzi ərazilərdə enerji təchizatında məhdudiyyətlər gözlənilir.Bu barədə “Azərişıq” ASC məlumat verib.
Bildirilib ki, 35/10 kV-luq 213 saylı yarımstansiyadan çıxan və KTM 1078-i qidalandıran 10 kV-luq hava xəttində planlı cari təmir həyata keçiriləcək.
Təmirlə əlaqədar saat 10:00-dan 15:00-dək Şərq küçəsində, o cümlədən Azərsutikinti trestinin xəstəxanasının ətrafındakı bəzi yaşayış ərazilərində elektrik enerjisinin verilişində mərhələli məhdudiyyətlər olacaq.
Şirkət qeyd edib ki, təmir başa çatdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.