EN

İsrail və ABŞ İrana qarşı yeni hücumlar üçün hazırlıq görürlər - KİV

İsrail ABŞ ilə koordinasiyalı şəkildə İranın enerji infrastrukturuna yeni hücumlar və İranın yüksək vəzifəli rəsmilərinə sui-qəsd planlaşdırır.

Missiya.Az xəbər verir ki, bu barədə “CNN” telekanalı adl açıqlanmayan israilli mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, əməliyyatın məqsədi danışıqlarda güzəştlər əldə etmək üçün Tehrana təzyiq göstərməkdir, lakin son qərarı ABŞ Prezidenti Donald Tramp verəcək.

Qeyd olunub ki, İsrailin Baş naziri Benyamin Netanyahu gizli təhlükəsizlik görüşləri keçirib və kabinetinə hadisələrlə bağlı tamamilə susmağı əmr edib.

Daşqın Həsənov

Missiya.Az

Chosen
1
30
missiya.az

10Sources