EN

Dayanıb əmr gözləyirlər

“ABŞ-nin üçüncü idarə olunan raket esminesi-“USS Rafael Peralta” “Mission Freedom” proqramı çərçivəsində Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olub. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb. Bu barədə açıqlama verən mənbə ABŞ Hərbi Dəniz Qüvvələrinin üç gəmisinin, o cümlədən “USS Truxtun” və “USS Mason” esminesləri hazırda Hörmüz boğazının qərbindəki ərazidə əlavə əmrlər gözləyirlər. 

Həmin esmineslər boğazdan keçərək Fars körfəzini tərk etməyə çalışan istənilən kommersiya gəmisini qoruyan çoxqatlı müdafiə sisteminin bir hissəsidir. Buraya hərbi gəmilər, döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri daxildir. 

ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı bildirib ki, bazar ertəsi günü qırıcı təyyarələr və helikopterlərin nəzarəti altında Hörmüz körfəzindən keçərkən İran qüvvələri “USS Truxtun” və “USS Mason” esminetslərinə raketlər, dronlar və sürət qayıqlarından istifadə edərək hücum edib. 

Hərbi rəsmilər bildiriblər ki, gəmilərin müdafiə qabiliyyəti hava dəstəyi ilə artırılıb, yaxınlaşan hər bir təhlükə uğurla dəf edilib və ya qarşısı alınıb. 

Onlar əlavə ediblər ki, istifadə edilən sursatlardan heç biri gəmilərə çatmayıb və iki İran qayığı batırılıb. 

Chosen
16
cebheinfo.az

1Sources