BAKI, 6 may. TELEQRAF
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinin 10 illik yubileyi münasibətilə 2026-cı il yarış həftəsonu əvvəlki illərdən daha möhtəşəm proqramla yadda qalacaq.
Teleqraf xəbər verir ki, yubiley tədbirlərinin əsas hadisələrindən biri dünya şöhrətli müğənni Katy Perry-nin Bakıda səhnəyə çıxması olacaq.
Qlobal musiqi səhnəsinin ən parlaq simalarından sayılan amerikalı ifaçı sentyabrın 25-də keçiriləcək xüsusi gecədə Formula 1 azarkeşləri qarşısında çıxış edəcək.
Minlərlə tamaşaçının izləyəcəyi konsertin Bakıdakı yarış həftəsonuna əlavə rəng qatacağı və paytaxtda bayram ab-havası yaradacağı gözlənilir.