EN

“Neftçi”də “qara siyahı” hazırlanır – İki futbolçu planlara daxil deyil

“Neftçi” növbəti mövsümün planlamasına start verib. Komandanın son dönəmlərdə yüksəlişə keçməsi heyətdə də yenilənməyə ehtiyac yaradıb.

Artıq baş məşqçi Yuri Vernidub bəzi futbolçular barədə qərarını verib. O, komandada görmək istəmədiyi iki oyunçunun adını rəhbərliyə bildirib.

Bunlar mövsümün əvvəlində transfer edilən Kristian Kostin və Edvin Kuçdur. Adıçəkilən futbolçuların növbəti mövsüm “Neftçi”də qalmaq ehtimalı olduqca azdır.

Kostinin müqaviləsində “+1” illik bənd olsa da, rəhbərlik bunu aktivləşdirmək istəmir. Bu barədə onunla danışıq aparılacaq. Böyük ehtimalla rumıniyalı yayda komandadan ayrılacaq.

Edvin Kuçun isə 2027-ci ilə qədər klubla sözləşməsi var. Ancaq buna rəğmən, monteneqrolu istənməyən oyunçular siyahısındadır.

Mövsüm sonu onunla da danışıq aparılacaq. Rəhbərlik müəyyən bir təzminat məbləği qarşılığında yarımmüdafiəçi ilə vidalaşmaq istəyir.

İdmanxeber.az 

 

Chosen
29
idmanxeber.az

1Sources