
Türkiyənin sabiq xarici işlər naziri, hazırda millət vəkili olan Mövlud Çavuşoğlunun qardaşı, tanınmış iş adamı Aydın Çavuşoğlu odlu silahla vurulub.
AFN.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə iş adamının şəxsi ofisində baş verib. Güllə yarası alan A.Çavuşoğlu dərhal tibbi müəssisəyə çatdırılıb. Hazırda reanimasiya şöbəsində olan yaralının vəziyyətinin kritik olduğu bildirilir.
Hüquq-mühafizə orqanları hadisə yerində araşdırmalara başlayıb. Silahlı hücumun hansı zəmində baş verdiyi və cinayəti törədən şəxslərin kimliyi araşdırılır.