EN

Aziz Yıldırım qərarını açıqladı: “Fənərbağça”da prezidentliyə namizəd oldu

BAKI, 6 may. TELEQRAF

“Fənərbağça”nın sabiq prezidenti Aziz Yıldırım klubda keçiriləcək fövqəladə ümumi məclis seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, təcrübəli funksioner bununla bağlı "Anadolu Agentliyi"nə açıqlama verib.

Yıldırım “Fənərbağça”nın gələcəyi ilə bağlı narahatlıq keçirdiyini bildirib və digər namizədlərə birlik çağırışı edib:

“Fənərbaxça ictimaiyyətinin bir və birlikdə olduğunu göstərəcəyimiz möhtəşəm 120 illik yubiley üçün “Fənərbağça” İdman Klubunun prezidentliyinə namizədəm. Bütün namizədlərə, xüsusən də cənab Barış Göktürk və cənab Hakan Safiyə mənə qoşulmağı təklif edirəm”.

Sabiq prezident klubun hazırda həm iqtisadi, həm də idman baxımından kritik mərhələdən keçdiyini vurğulayıb:

“Fənərbağça ictimaiyyəti bu xaoslu vəziyyətdən yalnız birlik və bərabərliyi gücləndirməklə çıxa bilər. Əgər “Fənərbağça”da təcrübə və gənclik birlikdə işləsə, heç kim klubun yolunda dayana bilməz. Gəlin birləşək, birlikdə olaq və “Fənərbağça”mızı gözəl gələcəyə aparaq”.

Qeyd edək ki, 1998-2018-ci illərdə İstanbul nəhənginin prezidenti olan Aziz Yıldırım 2024-cü ildə də “Fənərbaxça” prezidentliyinə namizəd olmuşdu.

Chosen
19
teleqraf.com

1Sources