EN

Təyyarə biletlərinin qiyməti qalxır

İran ətrafında gərginliyin eskalasiyası dünya aviasiya bazarında ciddi böhran yaradıb. Jet yanacağının qiymətində kəskin artım, Körfəz hava məkanında məhdudiyyətlər və uçuşların ləğvi beynəlxalq səyahət şəbəkəsini ciddi şəkildə pozub.

“Yeni Sabah” xəbər verir ki, Financial Times-in məlumatına görə, İranla bağlı hərbi gərginliyin artması qlobal aviasiya sektoruna domino effekti yaradıb.

Münaqişənin başlanmasından sonra aviasiya yanacağının (jet fuel) qiyməti kəskin şəkildə yüksəlib və bəzi bazarlarda ikiqat artım qeydə alınıb. Bu isə dünya üzrə aviaşirkətləri bilet qiymətlərini artırmağa və marşrut xərclərini yenidən hesablamaya məcbur edib. pizza hut

Eyni zamanda, Körfəz regionunda yerləşən və Avropa ilə Asiya arasında əsas tranzit nöqtəsi rolunu oynayan hava limanlarında məhdudiyyətlər yaranıb. Bu vəziyyət qlobal uçuş şəbəkəsində ciddi pozuntulara səbəb olub və bəzi ekspertlərin fikrincə, beynəlxalq səyahət axınını “parçalanmış sistem” vəziyyətinə salıb.

Məlumata görə, regionun aparıcı aviaşirkətləri – Emirates, Etihad Airways və Qatar Airways – may ayı uçuş planlarını yenidən nəzərdən keçirib. Bir sıra reyslər ləğv edilib, digərləri isə alternativ marşrutlarla həyata keçirilir ki, bu da uçuş müddətlərinin uzanmasına səbəb olur. Ümumilikdə dünya üzrə aviaşirkətlər may ayı cədvəllərindən uçuş üçün 2 milyon oturacaq yerini çıxarıb, 12 min uçuş isə ləğv edilib...

Oturacaq yerləri çıxarılan və uçuşları ləğv edən şirkətlər arasında ilk üçlüyü “Türk Hava Yolları”, “Çin Hava Yolları” və “Lufthansa” tutub. Sıralamada digər şirkətlərdən “United Airlines”, “Biritish Airways”, “American Airlines”, “All Nippon Airways” və digər şirkətlər yer alıb.

Aviasiya analitikləri bildirirlər ki, hazırkı vəziyyət yalnız müvəqqəti logistik problem deyil, həm də qlobal ticarət və turizm axınlarına təsir göstərə biləcək daha geniş iqtisadi risklər yaradır. Xüsusilə Avropa–Asiya xəttində artan xərclərin gələcək aylarda bilet qiymətlərinə daha ciddi şəkildə bahalaşmanın olacağı gözlənilir.

Ekspertlər həmçinin qeyd edirlər ki, Körfəz hava məkanının strateji əhəmiyyəti nəzərə alındıqda, bölgədə istənilən uzunmüddətli gərginlik qlobal aviasiya xəritəsini dəyişə bilər.


Telegram kanalımız
Chosen
30
1
yenisabah.az

2Sources