BAKI, 6 may. TELEQRAF
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Teleqraf xəbər verir ki, Tovuz Rayon Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub.
O, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Vəliyevin Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.