EN

İstədiyimiz görüntülər məhkəməyə verilmir, silinib Qalmaqal böyüyür

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Liv Bona Dea” Hospital “Əli və Nino” kitab mağazasının sahibi Nigar Köçərli arasındakı məhkəmənin növbəti hazırlıq prosesi keçirilib.

Axşam.az xəbər verir ki, N.Köçərli məsələ ilə bağlı açıqlama yayıb. O bildirib ki, tələb etdiyi kamera görüntüləri verilməyib:

"Liv Bona Dea" klinikasının mənə qarşı 222 395 manat məbləğində təzminat iddiası üzrə məhkəmə prosesinin növbəti hazırlıq iclası keçirilib. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, qarşı tərəf əməliyyatxanada və ayılma otağında baş verənlərlə bağlı heç bir video görüntü təqdim etmədi. Bildirildi ki, həmin görüntülər 3 ay keçdiyi üçün silinib. Halbuki biz bu videoları ilk dəfə fevralın əvvəlində  tələb etmiş və sonrakı hər məhkəmə iclasında da bu tələbi təkrarlamışıq.

Əvəzində, yalnız koridor və lift qarşısına aid olan qısa video epizodlar və bir neçə fotoşəkil təqdim edilib ki, bunlar da işin mahiyyəti ilə bağlı heç bir aydınlıq gətirmir. Əsas və narahatedici suallar isə yenə cavabsız qalır: anesteziya niyə gec verildi, tibb personalının kobud rəftarının səbəbi nə idi?

Məhkəmə araşdırması davam edir. Biz məhkəmənin ədalətli qərar verəcəyinə inanırıq. Növbəti məhkəmə iclası mayın 20-də  keçiriləcək".

Qeyd edək ki, N.Köçərli sözügedən xəstəxanada əməliyyat olunan zaman tibb müəssisəsində ona biganə yanaşıldığını və baxımsız vəziyyətdə qaldığını açıqlayıb. 

“Liv Bona Dea” Hospitalı isə N.Köçərlinin paylaşımının onların nüfuzuna xələl gətirdiyini deyərək məhkəməyə müraciət edib. Onlar qarşı tərəfdən 222 min manat təzminat tələb edir. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
1
axsam.az

7Sources