EN

Azərbaycan Prezidenti sülh düşmənlərini İrəvanda məğlub etdi ŞƏRH

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 may, AZƏRTAC

İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı ərəfəsində qərəzli qətnamə qəbul edildi. Azərbaycan Prezidentinin İrəvana yollanmaması onlar üçün növbəti fürsət idi. Müzakirələr zamanı qərarlarına “həqiqət donu” geyindirmək imkanı yaranmışdı. Amma dezinformasiya və manipulyasiyaya imkan verilmədi. Avropa Parlamentinin böhtan və yalanları ifşa edildi. Prezident İlham Əliyev toplantıda videobağlantı formatında çıxışı edərək planları pozdu. Sammit iştirakçılarına aydın oldu ki, qərəzli qətnamənin səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatizmə son qoyması və müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməsidir.

Bu barədə AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Araz Balayev deyib.

O bildirib ki, əslində digər səbəb də var.

“Təsəvvür edin ki, Ermənistan Baş naziri sülhdən məmnun olduğunu, proseslərin müsbət yöndə irəlilədiyini və yaranan vəziyyətin hər iki tərəf üçün də imkanlar açdığını deyir, amma Avropa Parlamenti əvvəlki üslubunu dəyişmir. Hətta Ermənistan rəsmilərinin açmaq istəmədiyi mövzuları açaraq, yeni qurulan sülh prosesinə zərbə vurmağa çalışırlar. Çünki onlar 30 ilə yaxın Cənubi Qafqazdakı müharibə və münaqişədən faydalanıblar. Təzyiq və şantajla öz istəklərinə nail olmağa çalışıblar. Azərbaycanın formalaşdırdığı sülh gündəliyi isə bu mərkəzlərin maraqlarına xidmət etmir. Onlara yenidən münaqişə lazımdı. Amma bunun üçün gecikdiklərini anlayırlar. Çünki Azərbaycan və Ermənistan münaqişə dövrünü geridə qoyub. İndi silahlar yox, ticarət müzakirə olunur. Bu prosesə mane olmaq isə artıq mümkün deyil.Düşünürəm ki, Prezident İlham Əliyevin çıxışından sonra İrəvana toplaşan dövlət və hökumət başçılarına bütün mənzərə aydın idi. Sülhü pozmaq cəhdləri iflasa uğradı. Əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti sülh düşmənlərini İrəvanda məğlub etdi”, - deyə Araz Balayev əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
46
1
azertag.az

2Sources