EN

“Barselona” “Çelsi”nin futbolçusu ilə maraqlanır

“Barselona” “Çelsi”nin müdafiəçisi Uesli Fofana ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun nümayəndələri onu “Barselona”ya təklif edib və tərəflər arasında ilkin danışıqlar aparılıb. “Çelsi” oyunçunun ayrılığına qarşı deyil, lakin transfer üçün ən azı 30 milyon avro tələb edir.

“Barselona” isə bu məbləği ödəmək əvəzinə futbolçunu satınalma şərti ilə icarəyə götürmək variantını nəzərdən keçirir.

Chosen
20
idmanxeber.az

1Sources