Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a havaların bu cür sərin keçməsi yaz mövsümünə müəyyən qədər uyğundur, müəyyən qədər isə uyğun olmadığını bildirib.
"Çünki hava bəzən həddindən artıq sərin və soyuq olur. İsti günlərin sayı olduqca azdır. Bu isə iqlimdə baş verən dəyişikliklər, Arktik hava kütlələrinin və siklonların daxil olması ilə bağlıdır. Hətta qonşu Türkiyənin bəzi regionlarında qar yağıb. Bu da havanın kəskin soyumasının göstəricisidir və yaz fəslinə tam uyğun deyil".
Ekoloq deyib ki, vəziyyətin belə davam etməsi, yayda isti günlərin sayının artmasına səbəb olacaq:
"Çünki yağıntının çox olması və rütubətin artması nəticədə havanın daha isti keçməsinə təsir göstərən amillərdəndir. Bu isə isti günlərin sayını artıraraq istiləşmə prosesinin bir qədər uzanmasına gətirib çıxara bilər. Onsuz da son dövrlərdə ölkədə istiləşmə günlərinin sayı xeyli artıb. Buna görə də bu ilin də isti keçən yaylardan biri olacağı gözlənilir", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31