EN

Cəmil Əliyev Asif Nəsirlinin ailəsinə başsalığı verdi

Milli Onkologiya Mərkəzi partlayışda həlak olan həkim Asif Nəsirli ilə bağlı başsağlığı yayıb.

“Cebheinfo.az” xəbər verir ki, MOM-un məlumatında deyilir:

“Dərin hüznlə bildirilir ki, Mərkəzin dəyərli həkimlərindən biri, şüa terapiya sahəsində uzun illər səmərəli fəaliyyət göstərmiş Asif Akif oğlu Nəsirli məruz qaldığı silahlı basqın nəticəsində aldığı yaralardan 2026-cı il mayın 5-də vəfat edib.

Asif Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin şüa terapiyası şöbəsində çalışırdı. Fəaliyyətinin istiqaməti uşaqlarda və böyüklərdə rast gəlinən bədxassəli şişlərin şüa terapiyası olub.

Asif Nəsirli Milli Onkologiya Mərkəzində işlədiyi müddət ərzində öz peşə borcunu ləyaqətlə yerinə yetirmiş, xüsusilə uşaq onkologiyası sahəsində yüzlərlə xəstənin sağlamlığı uğrunda yorulmadan mübarizə aparmışdır. O, yüksək peşəkarlığı, insanpərvərliyi, xəstələrə – xüsusilə azyaşlı pasiyentlərə – həssas və qayğıkeş münasibəti ilə həmkarları və pasiyentləri arasında dərin hörmət qazanıb.

Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev mərhumun həyat yoldaşına, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir. Asif Nəsirlinin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq”.

"Cebheinfo.az"

Chosen
54
6
cebheinfo.az

8Sources