EN

Argentina millisinin üzvü cəzasını dünya çempionatında da çəkəcək – FİFA-dan qərar

FİFA “Benfika”nın yarımmüdafiəçisi Canluka Prestyanniyə verilən cəzanı bütün turnirlərə şamil edib.

İdmanxeber.az məlumatına görə, futbolçu Çempionlar Liqasının pley-off mərhələsində “Real”ın  hücumçusu Vinisius Juniora qarşı irqçi ifadə işlətdiyi üçün 6 oyunluq diskvalifikasiya olunub.

Bu cəzanın bir oyunu artıq çəkilib, 3 oyun isə 2 illik sınaq müddəti ilə şərtidir. Bu səbəbdən, Prestyanni Argentina millisindən dəvət alacağı halda, dünya çempionatında iki oyunu buraxa bilər.

Chosen
83
idmanxeber.az

1Sources