Bakıda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Â
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Â
Hökmə əsasən, Babək İbadov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Â
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Babək İbadovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Â
Hadisə ötən il noyabrın 5-də gecə saatlarında paytaxtın Səbail rayonu ərazisində baş verib.
Â
Məlumata görə, 2006-cı il təvəllüdlü Yasin İbadov kəsici-deşici alətlə xəsarət yetirilərək öldürülüb. Onun daha əvvəl məhkumluğu olmuş əmisi, 1987-ci il təvəllüdlü Babək İbadov hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.
Â
Faktla bağlı cinayət işi başlanılıb, Babək İbadova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 221.3-cü ( Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan olunub.
Â
APA