Rusiya Ukraynanın elan etdiyi atəşkəs rejimini pozub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Sergey Sternenko “Telegram” kanalında yayımladığı videoda açıqlama verib.
O bildirib ki, Rusiya atəşkəsə əməl etməyərək, Ukraynaya qarşı bir sıra hücumlar həyata keçirib.
“Bu addımlar Vladimir Putin tərəfindən elan olunan 9 May atəşkəsini faktiki olaraq mənasız edir”, - müdafiə nazirinin müşaviri qeyd edib.
Xatırladaq ki, mayın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski mayın 6-na keçən gecədən etibarən atəşkəsə hazır olduqlarını bildirib.
Bizim.Media