EN

CNN-in qurucusu 87 yaşında vəfat etdi

Məşhur media maqnatı və CNN telekanalının qurucusu Ted Törner 87 yaşında vəfat edib.

Bu barədə məlumatı CNN telekanalı yayıb.

Ternerin ölüm səbəbi rəsmi olaraq açıqlanmasa da, onun bir müddətdir hospitalda müalicə aldığı bildirilir.

Qeyd edək ki, T. Törner ABŞ-nin ən nüfuzlu media sahibkarlarından biri idi. Onun 1980-ci ildə qurduğu CNN dünyanın ilk 24 saatlıq xəbər kanalı olaraq televiziya jurnalistikasında inqilab edib.

Onu da bildirək ki, Törnerin media imperiyasına CNN-lə yanaşı, TBS, TNT, “Cartoon Network” və “Turner Classic Movies” kimi tanınmış kanallar daxil idi. O, həmçinin idman dünyasında da aktiv olub, “Atlanta Braves” (beyzbol) və “Atlanta Hawks” (basketbol) komandalarının sahibi kimi tanınıb.

"Cebheinfo.az" 

Chosen
32
2
cebheinfo.az

3Sources