EN

ABŞ İranla sülhə çox yaxındır – “Axios” nəşri

ABŞ rəsmiləri İranla bir səhifəlik anlaşma memorandumu imzalamağa yaxın olduqlarını düşünürlər. 

«Axios” mənbələrə istinadən xəbər verir ki, bu, hərbi əməliyyatlara son qoymaq və “daha ətraflı nüvə danışıqları” üçün əsas rolunu oynamaq məqsədi daşıyır.

ABŞ İranın növbəti 48 saat ərzində bir neçə əsas məsələyə cavab verməsini gözləyir. Nəşrin məlumatına görə, “hələlik heç nə razılaşdırılmayıb”, lakin mənbələr iddia edir ki, hərbi əməliyyatların başlamasından bəri “bu, razılığa ən yaxın vaxtdır”.

Nəşrin aydınlaşdırdığı kimi, ABŞ İran rəhbərliyinin bölündüyünə və müxtəlif fraksiyalar arasında konsensusa gəlməyin çətin ola biləcəyinə inanır. Adı çəkilməyən iki rəsminin sözlərinə görə, Donald Trampın dünən Hörmüz boğazında “Azadlıq Layihəsi” əməliyyatını dayandırmaq qərarı “danışıqlardakı irəliləyişlərə əsaslanıb”.

//Samir Qurbanov, Editor.az

Chosen
16
editor.az

1Sources