Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bəzi insanlar modanı izləyir, bəziləri isə öz dünyasını qurur. Nyu-Yorkda yaşayan 83 yaşlı Elizabet Svitart məhz öz fərqli dünyasını yaradan şəxslərdən biridir.Demokrat.az xəbər verir ki, illərdir həyatındakı demək olar ki, hər detalı yaşıl rənglə formalaşdıran Svitart bu gün dünyanın ən qeyri-adi obrazlarından biri sayılır. "Bruklinin yaşıl qadını" kimi tanınan Elizabet bu tərzinin insanları hələ də təəccübləndirdiyini deyib. Küçədə hər kəsin onunla şəkil çəkdirmək istədiyini bildirən Elizabet insanların üzündəki təbəssümün onu xoşbəxt etdiyini vurğulayır.83 yaşlı qadının yalnız geyimləri deyil, evindəki qəhvə maşınından tutmuş mətbəx əşyalarına qədər hər şey yaşıldır. Hətta saçlarını da bu rəngə boyadan sənətçi yaşılın ona hüzur verdiyini deyib. Svitartın hekayəsi 1964-cü ildə gənc rəssam kimi Nyu-Yorka gəlməsi ilə başlayıb. Moda və dizayn sahəsində çalışdığı illər ərzində rənglərlə sıx əlaqədə olan qadın zamanla yaşılı həyatının mərkəzinə qoyub.