Hazırda ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. Daşkəsən rayonunun yüksək dağlıq ərazilərinə və Şahdağda isə qar yağır.
Â
Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin mayın 6-sı saat 15:00-a olan məlumatında belə deyilir.
Â
Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Ağstafa, Tovuz, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz, Qəbələ, Bərdə, Ağdam, Tərtər, İsmayıllı, Altıağac, Quba, Qusar, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmirdə yağış yağır.
Â
Göygöl, Zaqatala, Balakən, Şəki, Qax (Sarıbaş), Qəbələ, Şamaxı, Altıağac, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 200 m-dək məhdudlaşır.
Â