Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
Â
Herbiand.az xəbər verir ki, 10 vaqondan ibarət, çəkisi 700 ton olan taxıl və 2 vaqondan ibarət, çəkisi 133 ton olan alüminium (ilk dəfə göndərilir) Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Â
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 26 min tondan çox taxıl, 3800 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
Â
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.