EN

Niyə bu qədər müzakirə yaratdı, anlamıram

Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyəli aktrisa Bərgüzar Korel israrla əməliyyat etdirməsi və iynə vurdurması ilə bağlı şayiələrin yayılmasına əsəbiləşib. 

Axşam.az-ın məlumatına görə, aktrisa dəfələrlə buna açıqlama versə də, yenə deyilənlərə cavab verib:

"Möcüzə deyiləm. 8 ayda 8-10 kiloqram arası çəki atmışam. Bu da ayda 1 kiloqram edir. Leylanı dünyaya gətirdiyim halımla indiki şəkillərimi yan-yana qoyub "25 kiloqram arıqladı" deyə yazırlar.

Əvvəl pəhriz saxladım. Gəzintilərlə bu prosesə dəstək oldum. Daha sonra ağırlıq qaldırmağa başladım, idman etdim. Axırıncı dəfə bunu gözəl formada izah edirəm. Niyə bu qədər müzakirə yaratdı, anlamıram.

"Düğün" serialında sarışın olanda bundan da arıq idim. Hər şeyi ertələyən adamam. Bu disiplində irəliləyiş əldə etdiyimi gördüyüm üçün davam etdim. Nə iynə vurdurdum, nə də mədə əməliyyatı etdirdim. 70 kiloqram çəkisi olan adam elə bir əməliyyat etdirər? Zarafat etdim, etməz olaydım.

10 kiloqram kök olanda da özümü sevirdim. Hər halımızla fıstıq kimiyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
axsam.az

1Sources