EN

“Neftçi” bu futbolçuya görə cəzalanıb: “Narahatlığa səbəb yoxdur”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

FIFA tərəfindən transfer qadağası ilə üzləşən “Neftçi”nin cəzası ləğv olunacaq.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı “Futbolpress.az“a açıqlamasında bildirdi. O, qadağanın yaxın zamanda qüvvədən düşəcəyini bildirdi:

“Bir futbolçuyla bağlı ödəniş texniki səbəbdən gecikmişdi. FIFA-da sistem belədir ki, portal avtomatik işləyir və gecikməyə görə, klub qırmızı siyahıya salınıb. Ancaq ödəniş edilib və cəza yaxın zamanda ləğv olunacaq. Narahatlığa hansısa səbəb yoxdur”.

“Neftçi” Alessio Kurçini Belçikanın “Frank Borains” klubundan heyətinə qatıb. Lüksemburqlu hücumçu ilə müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub. 

Kurçi bu mövsüm 18 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
62
futbolpress.az

1Sources