Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı ilə karyera planlamasına həsr olunmuş seminar keçirilib.
QHT.az xəbər verir ki, 6 may 2026-cı il tarixində təşkil olunan seminarda II tədris ili tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova karyera planlamasının gənclərin gələcək uğurlarında mühüm rol oynadığını vurğulayıb. O, düzgün ixtisas və fəaliyyət istiqamətinin seçilməsinin gələcəkdə uğurlu kadr kimi formalaşmaq baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Seminarda çıxış edən təhsil mütəxəssisi və filoloq Kamil Talıbov MiQ imtahanı, magistratura təhsili və şəxsi inkişaf imkanları ilə bağlı tələbələrlə fikirlərini bölüşüb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və seminar diskussiya şəraitində davam etdirilib.