EN

Keyn tarixə düşdü: Bunu bacaran dördüncü futbolçu oldu

“Bavariya” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda öz meydanında PSJ ilə 1:1 hesablı heç-heçə edib və turnirlə vidalaşıb.

Publika.az xəbər verir ki, Münhen təmsilçisinin yeganə qolunu hücumçu Harri Keyn vurub. Bu qol ingiltərəli futbolçu üçün cari mövsümdə (klub və milli komanda daxil olmaqla) 60-cı olub. Bu göstəriciyə görə o, Avropanın top-5 liqasında bunu bacaran cəmi dördüncü futbolçuya çevrilib.

Daha əvvəl bu həddi Lionel Messi, Kriştiano Ronaldo və Luis Suares keçə bilmişdilər.

Chosen
16
2
publika.az

10Sources