EN

Türkiyəli hücumçunun tələbi “Zirə”ni təəccübləndirdi – Danışıqlar dayandı

“Zirə” türkiyəli hücumçu Eren Aydınla bağlı yekun qərarını verməyib.

İdmanxeber.az-a verilən məlumata görə, qəsəbə təmsilçisi futbolçunu heyətdə saxlamaq istəsə də, qarşı tərəfin tələbindən sonra vəziyyət dəyişib. Belə ki, Aydın növbəti mövsüm üçün “Zirə”dən maaşının  artırılmasını tələb edib.

O, hazırkı məbləğin çox aşağı olduğunu və əmək haqqısında ciddi artım olmasını istəyib. “Qartallar” isə hələlik futbolçuya geri dönüş etməyib.

Türkiyəli ilə bağlı yekun qərar yaxın vaxtlarda veriləcək. Ancaq rəhbərlik futbolçunun tələb etdiyi məbləğə müsbət yanaşmır. Tərəflər arasında danışıqlar davam edir.

23 yaşlı hücumçu “Zirə”də 12 oyun keçirib və 3 qol vurub.

Chosen
41
idmanxeber.az

1Sources