Müğənni Qədir Qızılsəs başına gələn hadisələrdən danışıb.
Adalet.az xəbər verir ki, ifaçı şou proqramda onu zəhərləmək istəyənlər olduğunu bildirib. Q.Qızılsəs deyib ki, buna görə heç bir restoranda yemək yemir:
“Məni o vaxt toya sifarişli gətirmişdilər ki, zəhərləsinlər. İndi qorxumdan heç bir restoranda yemək yemirəm. Telefonla elə işləyirlər ki... Hara gedirəm, məni arxadan vururlar. Ağlıma gəlməyən şeylər başıma gəlir. Rusiyaya gedirəm, bir də görürəm neçə adam göndəriblər ki, mənə sataşsın, əhvalımı pozsun, oxuya bilməyim. Belə olanda əhəmiyyət vermirəm. Çalışıram elə pis insanlardan uzaq olum”.
Əntiqə