EN

Paytaxtda yağmursuz, rayonlarda yağış, dolu, dağlarda qar...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 11-14, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 7-12, bəzi yerlərdə 16 dərəcə isti olacaq.

Q.ƏLİYEV
XQ

Chosen
4
49
xalqqazeti.az

10Sources