"Birinci sinfə artıq 100 minə yaxın şagird qəbul edilib".
Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qəbul prosesi dünəndən aktivləşib və bir gun ərzində artıq 95 min şagird müsahibəsiz, imtahansız, müsabiqəsiz birinci sinfə qəbul edilib.
Qeyd edək ki, dünən 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu başlayıb və 5 iyun saat 11:00-dək davam edəcək. (Oxu.az)
Bizim.Media