ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Bu ildən etibarən özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara cins mal-qara veriləcək.
KONKRET.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin Məşğulluq tədbirləri departamentinin müdiri Pərviz Bənnalı Xəzər TV-nin “Xəbər Ertəsi” proqramında deyib.
O bildirib ki, indiyə kimi özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərə Gürcüstan, Dağıstan və digər respublikalardan idxal edilmiş mal-qara verilib. Onun sözlərinə görə, bu ilin iyul-avqust aylarından isə cins heyvanların paylanılmasına üstünlük veriləcək. Bunlar “Holşteyn” və “Simental” mar-qara cinsləri olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.