EN

Bakıda keçmiş ər arvad küçədə qarşılaşdı Hər şey bu cavabdan sonra başladı

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakının Nizami rayonunda kişi keçmiş arvadını döyüb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin yanvarın 27-də baş verib. Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Səid həmin gün səhər saat 07:05-də küçədə keçmiş həyat yoldaşı Zeynəb (adlar şərtidir – red.) ilə mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb isə Səidin keçmiş arvadı ilə barışmaq istəməsi, lakin qadının əri ilə barışmaqdan imtina etməsi olub. Səid Zeynəbin onunla yenidən barışmaq istəməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onu təhqir etməsinə görə əsəbləşib. O, əli ilə qadının boğazından tutaraq sıxıb, həmçinin sifət və əl nahiyyələrinə yumruqla vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Faktla bağlı Səidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Səid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində törətdiyi əməli etiraf edib, zərərçəkmişlə barışdığını deyib. Zərərçəkmiş də ifadəsində keçmiş həyat yoldaşı ilə barışdığını qeyd edib. Nizami Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
demokrat.az

1Sources