EN

Nəm salfet allergiya yaradır? -Həkim AÇIQLADI

Bakı məktəblərindən birində nəm salfetdən istifadə nəticəsində bir neçə şagirdin əlində allegerik əlamətlər müşahidə olunub.  

Nəm salfetin sağlamlıq üçün təhlükəsi varmı?

Redaktor.az-a danışan həkim-terapevt Şahvələd Məmmədov bildirdi ki, nəm salfetlər həssaslıq və kontakt allergiyası olanlar üçün təhlükəlidir:

"Məktəblərdən birində bu cür nəm salfetdən istifadə nəticəsində bir şagirdin əlində əmələ gələn allergiya əlamətləri, təbii ki, bir neçə səbəbdən ola bilər. Birdən-birə kütləvi şəkildə uşaqların əlində belə vəziyyətin yaranması inandırıcı deyil ki, uşaqların hamısı allergik olsun. Salfetin keyfiyyətində və yaxud istifadə tarixinin bitməsində problem ola bilər. Eyni zamanda, keyfiyyətsiz nəm salfetdən istifadə edilməsi də ehtimal olunur. Yekun olaraq, nəm salfetlər əsasən həssas insanlarda allergiya yarada bilir".

Aytəkin TOFİQQIZI

Chosen
16
1
redaktor.az

2Sources