Çempionlar Liqasının növbəti mövsümündə iştirakını təmin edən “Mançester Yunayted” heyətini gücləndirəcək.
"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu yayda yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır. Klub üç yeni futbolçu üçün ümumilikdə 150 milyon funt sterlinq ayırmağa hazırlaşır. Büdcənin 80 milyon funt sterlinqi komandadan ayrılması gözlənilən Kazemironun əvəzlənməsinə sərf olunacaq. Onun mövqeyinə əsas namizəd kimi “Brayton”dan Karlos Baleba nəzərdən keçirilir. Klub həmçinin Manuel Uqarteyə alternativ üçün 40 milyon funt sterlinq ayırıb. Siyahıda “Vest Hem”dən Mateuş Fernandeş, “Bornmut”dan Aleks Skott və Tayler Adams da var.
Bundan başqa, rəhbərlik ehtiyat heyəti gücləndirmək üçün daha bir yarımmüdafiəçi transfer etməyi planlaşdırır. Bu mövqe üçün əsas namizəd isə “Sauthempton”un futbolçusu Şey Çarlz hesab olunur.