EN

60 yaşlı qadın işə gecikməmək üçün hər gün 38 km piyada yol getdi, sonda isə...

ABŞ-də yaşayan 60 yaşlı Darlin Quin 3 ay hər gün işə gedib-gəlmək üçün 38 kilometr piyada yol qət edib.

Ölkə.Az xəbər verir ki, buna səbəb isə Quinin maşınının sıradan çıxmasıdır. 

Qeyri-adi vəziyyət ABŞ-də yaşanıb.

Avtomobilinin təmir xərclərini qarşılaya bilməyən yaşlı qadının son çarəsi işə piyada getmək olub.

Bunun üçün hər gün səhər 4-də evdən çıxan qadın gün ərzində ümumilikdə 38 kilometr məsafəni yerimli olub.

Ayaqlarının şişməsinə və fiziki çətinliklərə baxmayaraq Darlin bir gün belə işə gecikməyib.

Vəziyyətdən xəbər tutan iş yoldaşları qadına dəstək olmaq üçün öz aralarında pul toplayaraq ona 6000 dollara ikinci əl avtomobil alıb. 

Yaşlı qadın iş yoldaşlarının sürprizi qarşısında göz yaşlarını saxlaya bilməyib.

Billurə

Chosen
22
2
olke.az

3Sources